Sumqayıt idmançılarının 2021-ci il ərzində nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medal sayı açıqlanıb. Bu haqda bu gün, 5 yanvar tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Məlumata əsasən, idmançılarımız ümumilikdə 90 medala layiq görülüblər. 49 medal Olimpiya oyunları zamanı (17 qızıl, 12 gümüş, 20 bürünc), 41 medal isə digər yarışlarda (16 qızıl, 9 gümüş, 16 bürünc) qazanılıb.