Sumqayıt idmançıları ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında uğur qazanıblar.
Sumqayit24.az xəbər verir ki, çempionat Bakıda yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilib.
Yarışda Sumqayıtı təmsil edən qadın atletlər – Arzu Qədimova (76 kq) qızıl, Xanımana Əhmədova (71 kq) isə gümüş medal qazanıb.
Qeyd edək ki, qadın atletlər turnirdə 10 çəki dərəcəsində mübarizə aparıblar.