Sumqayıtlı şahmatçı norveçli dünya çempionunu məğlub edib. Bu haqda Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər veririk.
Polşanın paytaxtı Varşavada sözügedən idman növünün blits növü üzrə keçirilən dünya çempionatında Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə qarşılaşıb. Çətin keçən oyunda şahmatçımız rəqibini 36-cı gedişdə məğlubiyyətə uğratdı.
Xatırladaq ki, Şəhriyar şahmatın rapid növü üzrə yarışda 8-ci yeri tutub.