4 sumqayıtlı şahmatçının iştirak etdiyi blits üzrə Dünya çempionatı yekunlaşıb. Bu haqda turnirin rəsmi saytına istinadən xəbər veririk.
Polşada keçirilən yarışda qrossmeyster Şəhriyar Məmmədyarov 21 turdan 14 xal toplayıb və 6-cı olub. Digər sumqayıtlı qrossmeysterimiz Vasif Durarbəyli isə 10,5 xalla 86-cı pillədə qərarlaşıb.
Sumqayıtlı qadın təmsilçilərimizdən isə, Şəhriyarın bacıları Türkan Məmmədyarova 10 xalla 15-ci, Zeynəb Məmmədyarova isə 9,5 xalla 33-cü yeri tutub. Onların hər ikisi 17 turda mübarizə aparıblar.
Daha öncə, həmin çempionatın şahmat-rapid növü üzrə nəticələr haqda məlumat vermişdik.