Sumqayıtlı şahmatçılar III Avropa Oyunlarına qatılacaqlar. Bu haqda 11 aprel tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Polşanın Krakov şəhərində keçiriləcək beynəlxalq turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər.
Qeyd edək ki, III Avropa Oyunları 9 - 25 iyunda gerçəkləşəcək. Şahmat turniri iyunun 19-da baş tutacaq. Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) komandalar blitsdə mübarizə aparacaqlar.