Sumqayıt idmançıları Beynəlxalq yarışı medalla başa vurublar.
Sumqayit24.az xəbər verir ki, Gürcüstanda stolüstü tennis üzrə “WTT Youth Contender” Beynəlxalq turnir keçirilib. Azərbaycan millisinin tərkibində çıxış edən sumqayıtlı Yağmur Məmmədli (U-13, şəxsi) və Mərziyyə Nürmətova (U-19, qarışıq-qoşa) bürünc medala layiq görülüblər.
Qeyd edək ki, idmançılar Azərbaycan Respublikasının Əməkdar məşqçisi Elnur Hidayətzadənin yetirmələridir.