Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarovun superturnirdə növbəti rəqibi bəlli olub. Bu haqda bu gün, 22 dekabr tarixində Report məlumat yayıb.
Məlumata əsasən, blits növündə keçiriləcək yarışın ilk turunda Məmmədyarov çexiyalı David Navara ilə üz-üzə gələcək.
Rapid növündəki yarışlardan sonra Məmmədov 9 xalla 5-ci sıradadır. Qalib rapid və blitsdəki yekun nəticələrə əsasən bəlli olacaq.
Superturnir mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr edilib.