Sumqayıt cüdoçusu Qran-Pri turnirinə qatılır. Sumqayıt24 bu haqda 23 may tarixində xəbər verir.
Azərbaycan millisinin Avstriyanın Lins şəhərində keçiriləcək yarış üçün yekun heyəti müəyyənləşib. Qadınların mübarizəsinə şəhərimizin idmançısı Gültac Məmmədəliyeva (52 kq) da qoşulacaq.
Ümumilikdə 75 ölkə təmsilçilərinin çıxış edəcəyi Qran-Pri 25-27 may tarixlərində baş tutacaq.