Sumqayıtlı şahmatçı olimpiadada növbəti oyununa çıxıb.
Sumqayıt24 xəbər verir ki, 45-ci Ümumdünya Şahmat Olimpiadası Macarıstanın paytaxtı Budapeştdə təşkil olunub. Qadınlardan ibarət yığmamız 2-ci turda Avstraliya millisi ilə qarşılaşıb. Qrosmeyster Gövhər Beydullayeva fərdi görüşdə Jilin Janqla heç-heçə oynayıb.
Qeyd edək ki, tur Azərbaycan xanımlarının qələbəsi ilə yekunlaşıb. Həmçinin kişilərdən ibarət millimiz də Finlandiyanı üstələyib.