Sumqayıtda 2012-2013-cü il təvəllüdlü oğlanlar arasında basketbol idman növü üzrə şəhər kuboku keçirilib.
Sumqayit24.az xəbər verir ki, "Konstitusiya və Suverenlik İli"nə həsr olunan yarış Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində (İOEUGİŞM) təşkil olunub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-in komandası birinci, 31 nömrəli tam orta məktəbin komandası ikinci, 2 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Yarışın qalib və mükafatçıları diplom, medal və kuboklarla təltif olunublar.