Sumqayıtda boks üzrə 14-16 yaşlı yeniyetmələr arasında yoldaşlıq görüşü təşkil olunub. Bu haqda 15 avqust tarixində Sumqayıt24 Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
İdman tədbiri Mehdi Hüseynzadə adına şəhər stadionu, Boks Təlim-Məşq Bazasında keçirilib. Qalib və mükafatçılar diplomla təltif olunublar.