Sumqayıt cüdo məktəbinin yetirmələri Avropa Oyunlarında çıxış ediblər. Bu haqda 31 may tarixində Sumqayıt24 Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə məktəblilərin Avropa Oyunları keçirilib.
Millimizin üzvləri olan idmançılarımız - Hüseyn Məmmədov (32 kq) və Fərid Xudiyev (42 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qızıl (42 kq) medalına layiq görülüblər.
İdmançıların məşqçiləri müvafiq olaraq İlham Məmmədov və Fizuli Bağırovdur.