Sumqayıt idmançısı beynəlxalq turnirdə uğurla çıxış edib.
Sumqayıt24.az xəbər verir ki, 25-29 sentyabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə yeniyetmələr arasında “Albanian Open” beynəlxalq turniri keçirilib.
G-1 kateqoriyalı yarışda milli komandanın tərkibində 33 kq çəki dərəcəsində mübarizə aparan Ruqayyə Əliyeva bürünc medal qazanıb.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rəşad Məmmədovdur.