Sumqayıtda Voleybol Federasiyasının təşkilatçılığı ilə idman tədbiri baş tutub. Bu haqda 19 aprel tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Heydər Əliyev Parkı ərazisində keçirilən “Voleybol hamı üçün” tədbirində idman məktəblərinin, cəmiyyət və klubların, gənclər təşkilatlarının idmançıları və fəal gəncləri arasında viktorinalar təşkil edilib.
Qaliblərə hədiyyə və sertifikatlar təqdim olunub.