“18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş voleybol üzrə 2009-cu il və daha kiçik təvəllüdlü qızlar arasında Sumqayıt şəhər kuboku uğrunda yarış keçirilib.
Sumqayit24.az xəbər verir ki, turnir 16-19 oktyabr tarixlərində Sumqayıt Musiqi Kollecində təşkil olunub. Yarışın qalib və mükafatçıları Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.