Sumqayıtda futbol birinciliyi keçirilib. Sumqayıt24 bu haqda 6 may tarixində Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yarış 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunub. Burada 2010-2011-ci il təvəllüdlü yeniyetmələr mübarizə aparıblar.
Qalib və mükafatçılara medal, diplom, kubok və hədiyyələr təqdim olunub.