Sumqayıtda idman həftəsi çərçivəsində yunan-roma güləşi üzrə birincilik təşkil olunub. Bu haqda 1 mart tarixində Sumqayıt24 Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
“Alüminiumçu” İdman Evində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş yunan-roma güləşi üzrə 2008-2009-cu il təvəllüldlü yeniyetmələr arasında yarış keçirilib. 50-dən artıq idmançının qatıldığı birincilikdə qalib və mükafatçılar fəxri fərmanlarla təltif olunublar.