Sumqayıtda evlərdən su sayğacları oğurlanıb. Bu haqda AZƏRTAC-a istinadən xəbər veririk.
3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşamış S.İbrahimov saxlanılıb. O, ayrı-ayrı vaxtlarda 12 evdən sayğaclar oğurlayıb.
Faktla bağlı təhqiqat davam edir.