top
14 yaşlı qızla münasibət quran Sumqayıt sakini CƏZALANDIRILDI
05 avqust 2026, 10:13
- +

14 yaşlı qızla münasibət quran Sumqayıt sakini CƏZALANDIRILDI

26 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda, üç il sonra isə ona şiddət göstərməkdə ittiham olunub.

Məlumata görə, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Rüfət 2022-ci ildə Bakı şəhəri ərazisində tanış olduğu Gülərlə (adlar şərtidir – red.) könüllü olaraq həmin gün birlikdə yaşadığı Abşeron rayonunda yerləşən fərdi yaşayış evinə gedib. Orada qarşılıqlı razılıq əsasında on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan qızla təbii yolla cinsi əlaqədə olub.

Daha sonra Rüfət qızın və ailəsinin şikayət etməməsi üçün onunla ailə qurub və ötən ilə kimi Qobu qəsəbəsində yerləşən evində qeyri-rəsmi münasibətdə yaşayıb. Bu münasibətdə olduqları müddətdə onların arasında qısqanclıq zəminində mübahisələr yaranıb.

26 yaşlı oğlan münasibətdə olduğu qadının ona xəyanət etdiyindən şübhələnib. Qısqanclıq zəminində baş vermiş mübahisə zamanı şillə və yumruqla Gülərin sifətinə, təpiklə, stolun dəmir ayağı ilə bədəninin müxtəlif nahiyələrinə vurub.

Rüfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) və 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Gülərlə 2022-ci ildə ailə həyatı qurub və 2023-cü ildə onların əkiz övladları dünyaya gəlib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddətdə hərbi xidmətdə olub:

"Hərbi xidmətdən qayıtdıqdan təxminən 1 il sonra, yəni 2022-ci ildə Gülərlə Bakı şəhərində tanış olduq və həmin gün birlikdə Hökməli qəsəbəsi ərazisində yaşadığım evə getdik. Həmin evdə də Gülərlə aramızda yaxınlıq münasibətləri yarandı və biz cinsi əlaqədə olduq. Həmin vaxt evdə ikimiz olmuşuq, başqa heç kəs evdə olmayıb. Mən Gülərlə ilk dəfə əlaqədə olarkən o, bakirə olmadığını dedi. O, 13 yaşında olarkən həmkəndlisi tərəfindən qaçırıldığını və həmin şəxs tərəfindən də qızlıq bəkarətinin pozulduğunu bildirdi. Mən də onun hazırkı vəziyyətini qəbul etdiyim üçün evlənmək qərarına gəldim. Həmin vaxtdan birlikdə ər-arvad kimi yaşayırıq".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib:

"Gülərlə münasibətlərimiz həmişə yaxşı olub. Lakin 2025-ci ildə, gecə saat 4 radələrində Qobu qəsəbəsində yaşadığımız evdə həyat yoldaşım Gülərin "TikTok" sosial şəbəkəsinə baxarkən mobil telefonda "WhatsApp" ani mesajlaşma sistemi vasitəsilə başqa bir şəxslə SMS yazışmasını gördüm və yataq otağına gedərək onu yuxudan oyatdım. Ona "WhatsApp"da başqa bir şəxslə yazışmasını göstərdim. Gülər həmin şəxslə aralarında heç bir yaxınlıq əlaqəsinin olmadığını bildirdi və bir daha belə hərəkətlər etməyəcəyini dedi. Artıq onun etiraf etdiyini gördüm".

Təqsirləndirilən şəxs deyib ki, Gülərin ona xəyanət etdiyini zənn etdiyi üçün əsəbi halda onun müxtəlif nahiyələrinə şillə və təpiklə vuraraq onu döyüb:

"Həmçinin həmin vaxt bərk əsəbi olduğuma görə evdə masanın dəmir materialdan olan ayaq hissəsini çıxararaq Gülərin ayaqlarına və qoluna da bir neçə dəfə vurdum. Ona görə də Gülər həmin gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Qobu Polis Bölməsində müvafiq araşdırma aparılmağa başlandı. Lakin bundan sonrakı günlərdə Gülərlə üzbəüz əyləşərək hər şeyi tam aydınlaşdırdıqda onun mənə qarşı heç bir xəyanət etmədiyi, sosial şəbəkədə yazışdığı şəxsi tanımadığı və aralarında heç bir yaxınlıq əlaqəsinin olmadığı məlum oldu. Bundan sonra barışdıq".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, Gülərlə tanış olduqdan sonra cinsi əlaqədə olduqları zaman onun əvvəllər ailə qurmaq məqsədilə qaçırıldığını və qızlıq bəkarətinin də pozulduğunu bildiyi üçün, eləcə də bunu qəbul edərək ailə qurmağı qərarlaşdırdıqları üçün onunla cinsi əlaqədə olmaqla qanun qarşısında məsuliyyət daşıyacağını düşünməyib:

"Buna baxmayaraq, törətdiyim cinayət əməlini səmimi olaraq etiraf edirəm. Zərərçəkmiş şəxsin mənə qarşı heç bir şikayət və tələbi yoxdur. İki azyaşlı övladımız var. Vətən müharibəsi iştirakçısıyam. "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm".

Zərərçəkmiş Gülər ifadəsində göstərib ki, Bərdə rayonunun kəndində yaşayıb, daha sonra ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində məskunlaşıblar:

"2022-ci ildə Rüfətlə tanış olmuşam və həmin gün birlikdə onun yaşadığı evə getmişik. Həmin evdə də aramızda yaxın münasibətlər yarandı və biz əlaqədə olduq. Rüfətlə ilk dəfə əlaqədə olarkən ona qız olmadığımı bildirdim. Mən 2019-cu ildə, yəni 13 yaşımda olarkən həmkəndlim Vüqar tərəfindən ailə qurmaq üçün qaçırılmışam və həmin şəxs tərəfindən də qızlıq bəkarətim pozulub. Bununla bağlı valideynlərim polisə şikayət etdilər və həmin faktla bağlı polisdə araşdırma aparılaraq Vüqar barəsində məhkəmə tərəfindən cəza tədbiri görülüb".

Daha sonra ifadəsində zərərçəkmiş Gülər Rüfətlə münasibətlərindən, birgə yaşamalarından, onun tərəfindən şiddətə məruz qalmasından danışıb. O, ifadəsinin sonunda Rüfətə qarşı heç bir şikayətinin olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rüfət Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Hökmə əsasən, Rüfət Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxsə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib. Onun üzərinə şərti məhkum etmə dövründə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilib. 

Mənbə: Demokrat.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıtda məhəllədaxili yol PARKİNQƏ çevrilib

Bütün xəbərlər
Dünən, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
Dünən, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
Dünən, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
Dünən, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
Dünən, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
Dünən, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
Dünən, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
Dünən, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
Dünən, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
11 sentyabr 2026, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
11 sentyabr 2026, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
11 sentyabr 2026, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
11 sentyabr 2026, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Oxşar xəbərlər