top
326 milyonluq qaçaqmalçılıq işi Sumqayıt məhkəməsində
28 dekabr 2024, 00:15
- ↺ +

326 milyonluq qaçaqmalçılıq işi Sumqayıt məhkəməsində

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə saxlanılan şəxslər barəsində məhkəmə prosesi olub.

Apa.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində iş üzrə baxış iclası keçirilib.

Təqsirləndirilən Elvin Şirinovun müdafiəçisi vəsatətlə çıxış edərək məhkəmələrin qapalı keçirilməsini istəyib. Digər müdafiəçilər də ittiham aktında kommersiya sirlərinin olduğunu əsas gətirərək eyni vəsatətlə çıxış ediblər. Məhkəmə vəsatəti əsassız sayaraq qəbul etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib:

"Hidayətov Zöhrab Raqub oğlu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq olmadan xüsusilə külli miqdarda gəlir əldə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərək qaçaqmalçılıq cinayəti törədib.

Belə ki, o, 1 yanvar 2022-ci il tarixindən 24 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində Xudat, Bərdə, Yevlax, həmçinin 25 dekabr 2023-cü il tarixində Xudat, Xaçmaz, Bərdə və digər rayonlarda dövlət qeydiyyatına alınmadan kənd təsərrüfatı istehsalçılarından, bu sahədə qeyri-rəsmi gömrük broker xidməti göstərən şəxslərdən 1 nəqliyyat vasitəsi, yəni yük avtomobili, vaqon üçün 100 manat məbləğində qeyri-rəsmi haqq müqabilində sonuncuların kənd təsərrüfatı məhsullarının vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını təmin etdiyi Şirinov Elvin Valeh oğlunun və Hümbətov Qaçqın Şura oğlunun adından ixrac edilməsini təşkil edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ümumilikdə 1 559 400 manat məbləğində xüsusi külli miqdarda gəlir əldə edib, E.Şirinov və Q.Hümbətovla qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məhsulların ixrac üçün ərazi gömrük orqanlarına mallar barədə sahiblik, sərəncam vermə hüquqlarını təsdiq edən sənədlərində həmin məhsulların guya E.Şirinov və Q.Hümbətova məxsus olmalarına dair qeydlər aparmaqla, müvafiq sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməyərək 326 milyon 69 min 684 manat məbləğində xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının Gömrük sərhədindən xarici ölkələrə keçirməklə qaçaqmalçılıq əməlləri törədib".

Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı özlərini təqsirli bilib etirafedici ifadələr verməklərinə baxmayaraq, məhkəmə zamanı elan olunan ittiham ilə tam razı olmayıblar.

Məhkəməyə şahid kimi dəvət olunan şəxs ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, iş materiallarına əlavə olunan gömrük sənədlərində təqsirləndirilən şəxslərin guya ondan kənd təsərrüfatı məhsulunu satın alıb xaricə ixrac etdikləri göstərilsə də o, heç kimə mal satmadığını, həmin şəxslərlə iş birliyinin olmadığını və bu şəxslərin belə saxta sənədlər tərtib etdiklərindən xəbərsiz olduğunu göstərib.

Daha sonra, məhkəmə iclasa gəlməyən digər şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul edilib.

Növbəti məhkəmə prosesi 2025-ci il yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.
Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"na əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, "kiçik bir torpaq sahəsi belə olmayan" 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulan kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.
Belə maxinasiyalar ilə xarici valyuta ölkədən kənd təsərrüfatı mallarının satışı adı ilə çıxarılıb. Lakin sonradan qanunvericiliyin tələblərinə zidd olaraq ölkəyə geri qaytarılmayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
02 oktyabr 2026, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 12:10

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Bütün xəbərlər
02 oktyabr 2026, 11:40

Sumqayıtda yaranan antisanitar vəziyyət aradan qaldırılıb

Oxşar xəbərlər