Sumqayıt şəhərində 33 yaşlı kişi bıçaqlanıb. Sumqayıt24 bu barədə 6 fevral tarixində Apa.az-ya istinadən xəbər verir.
Hadisə 26 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Şəhər sakini, 33 yaşlı Vüqar Yaqubov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.