Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib. Sumqayıt24 bu haqda Report.az-a istinadən xəbər verir.
Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin icraatına verilib. Hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Xatırladaq ki, hadisə 9 fevral tarixində, 18-ci mikrorayon ərazisində baş vermişdir. 45 yaşlı Nazim Məmmədov ürək nahiyəsindən aldığı bıçaq zərbəsi nəticəsində dünyasını dəyişmişdir.