Sumqayıtda gənc oğlan bıçaqlanıb. Sumqayıt24 bu haqda 25 iyun tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə 47-ci məhəllədə baş verib. Şəhər sakini, 21 yaşlı Sənan Babayev münaqişə zəminində qardaşı, 20 yaşlı Sədan Babayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.