Sumqayıtda evdən oğurluq edilib. Sumqayıt24 bu haqda 13 iyun tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə iyunun 12-də baş verib. 6-cı mikrorayonda evlərin birindən iki qızıl üzük oğurlanıb. 3-cü Polis Bölməsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən qadını saxlayıblar.
Araşdırma aparılır.