top
64 yaşlı müttəhim Sumqayıt məhkəməsindən qaçıb 
07 aprel 2025, 01:13
- ↺ +

64 yaşlı müttəhim Sumqayıt məhkəməsindən qaçıb 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində insident yaşanıb.

Qafqazinfo.az-ın məlumatına görə, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini Lalə Zakirova hökm oxunacağını eşidən kimi məhkəmə zalından qaçıb.

Lalə Zakirovanın 64 yaşı var. O, əvvəl direktor olduğu mərkəzdə qarmon ixtisası üzrə müəllim işləyir. Barəsində hökmə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İttihama görə, xanım müttəhim Mərkəzin direktor müavini işlədiyi vaxtda direktor Namiq Rzazadə ilə əlbir olaraq 64 min 400 manat dövlət vəsaitini mənimsəyib.

Namiq Rzazadə istintaq başlanan vaxt ağır xəstəliyə tutulduğundan onun işi ayrıca icraata götürülüb.

L.Zakirovanın cinayət işini Aynur Rzayevanın sədrlik etdiyi hakimlər araşdırıb.

Amma yaşlı müttəhim ittihamlarla razılaşmayıb, ifadəsində ona böhtan atdıqlarını deyib:

"Anar Kərimov mədəniyyət naziri olanda Mərkəzdə özbaşınalıq yaranmışdı. Həmin vaxt direktor işdən çıxmağımı tələb etdi, mən etiraz etdim. Sonradan bir yolla işdən çıxarılmağıma nail oldular. Amma mən yenə təslim olmadım. Məhkəməyə müraciət edib yenidən işimə qayıtdım. Vəzifə cinayətləri söhbəti də bundan sonra ortaya çıxdı".

Məhkəmə şahidləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin dediklərini özünü müdafiə hesab edib.

Prokuror ittiham nitqində təqsirləndirilənin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, barəsində sanksiya həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini tələb edib. Son sözdən sonra məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Amma hakimlər qayıdanda müttəhimi zalda tapmayıblar. İcraçılar məlumat veriblər ki, Lalə Zakirova özünü pis hiss etdiyini deyərək bir neçə dəqiqəlik zaldan çıxıb. Bundan sonra bir daha geri qayıtmayıb.

Hökmə əsasən, L.Zakirovaya 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər