top
“7 nömrə”nin sürücüsünü şantaj edən qadın həbs olunub
17 fevral 2024, 01:12
- ↺ +

“7 nömrə”nin sürücüsünü şantaj edən qadın həbs olunub

Sumqayıtda sürücünü şantaj edən 40 yaşlı Nübar Quliyeva (şərti) cinayət məsuliyyətinə cəlb edilib. Sumqayıt24 bu haqda 17 fevral tarixində Oxu.az-a istinadən xəbər verir.

Sumqayıt Şəhər Məhkəməsində barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılmış qadına hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, N. Quliyeva 19 oktyabr 2023-cü il tarixində 7 saylı avtobusa minib. Sürücü Qurban Aslanov (şərti) onun yanında dayanan Nübarla tanış olmaq istəyib. Bunun üçün o, nömrəsini telefonunun ekranına yazaraq nümayiş etdirib. Nübar Quliyeva isə sürücünün ona nömrə vermək istəməsini videoya çəkib.

Daha sonra qadın çəkdiyi videonu sosial şəbəkədə paylaşıb və bir neçə sayta göndərib. O, Qurbana yazaraq dövlət qurumlarına şikayət etdiyini bildirib və kişini söyüb. N. Quliyeva əlavə olaraq sürücünün WhatsApp profilindən övladlarının şəkillərini götürüb, onların üzərinə təhqiramiz sözlər yazıb.

Bundan sonra Qurban ondan videonu silməsini xahiş edib. Həmçinin bir neçə digər şəxs də görüntüləri görərək Nübardan yaydığı videonu silməsini tələb ediblər. Lakin o, Qurbanın 500 manat pul verməsini, əks təqdirdə onu biabır etməyə davam edəcəyini deyib.

Polisə edilən müraciətdən sonra Nübar Quliyeva barəsində cinayət işi başlanılıb. İtintaq müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məhkəmənin 9 fevral tarixli hökmü ilə qadın 3 il müddətinə azadlıqdan məhrum olunub. Lakin onun cəzası 2 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər