Sumqayıtda gənc oğlan bıçaqlanıb.
Məlumata görə, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 30 yaşlı Elşən Şahverənov ilə 26 yaşlı Anar Ağamirzəyev arasında mübahisə yaranıb. Nəticədə Anarın bıçaqlandığı bildirilir. O, dərhal xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Mənbə: Jurnalist Şəmistan Fikrətli