top
Anasını odun parçası ilə öldürən şəxsə Sumqayıtda HÖKM OXUNDU
18 noyabr 2024, 03:51
- ↺ +

Anasını odun parçası ilə öldürən şəxsə Sumqayıtda HÖKM OXUNDU

“Mən özümü hadisədə təqsirli bilmirəm. İçki içdiyim üçün deyindi, odun parçasını başına atdım”.

Shimal.News-un əldə etdiyi məlumata görə, bu sözləri Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 85 yaşlı anasını öldürməkdə təqsirləndirilən Zülfüqar İsmixanov deyib.

Belə ki, 1974-cü il tarixdə Quba rayonu, Bağbanlı kəndində doğulmuş Zülfüqar İsmixanov anası ilə yaşadığı evə gələrək spirtli içki qəbul edib. Spirtli içki qəbul etdiyi üçün ona irad bildirən anasına əsəbiləşərək yaşlı qadını öldürmək qərarına gəlib. Yataq otağında olan odun parçasını götürərək 1938-ci il təvəllüdlü anası Zöhrə İsmixanovanın baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə yaşlı qadın aldığı xəsarətlərdən ölüb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovanın sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Zülfüqar İsmixanova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilməyib. İfadəsində deyir:

“Hadisə baş verdiyi gün bir qədər spirtli içki qəbul etmişdim. Yoldaşımla uşaqlar qonşuda idi. Anamın yüksək qan təzyiqi var. Buna görə tez-tez yıxılır. Həmin gün də onun halı pisləşdi. Pilləkənlərdən aşağı yıxıldı. Dərhal ayağa qalxıb anamın üzünə su vurdum, onu xəstəxanaya çatdırmağa çalışdım. Anamı öldürməmişəm”.

Onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi zalda elan olunub. İstintaq zamanı verdiyi ifadədə özünü təqsirli bilib, hadisəni törətdiyini qəbul edib:

“Mən birinci mərtəbədə spirtli içki qəbul edirdim. Anam da ikinci mərtəbədə idi. Anam spirtli içki içdiyimi görüb narazılıq etdi. Daha sonra öz otağına qalxdı. Otaqdan çıxsa da, narazılığını davam etdirirdi. Buna görə əsəbiləşdim. Anamın otağına qalxdım. Onun otağında odunlar var idi. Anam deyindiyi üçün odunu onun başına atdım, sonra isə dəfələrlə başına vurdum. Baş vermiş hadisədə özümü günahkar bilirəm və peşmançılıq hissi keçirirəm”.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Zülfüqar İsmixanov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Zülfüqar İsmixanov 14 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Fidan İlqar

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər