top
Anasını öldürüb hissələrə bölən şəxsin Sumqayıtda məhkəməsi olub
23 fevral 2024, 23:27
- ↺ +

Anasını öldürüb hissələrə bölən şəxsin Sumqayıtda məhkəməsi olub

Anasını öldürən şəxs ifadə verib. Sumqayıt24 bu haqda 24 fevral tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.

Ötən il Xırdalanda 1974-cü il təvəllüdlü anası Mehriban Hüseynzadəni xüsusi amansızlıqla qətlə yetirən 24 yaşlı Orxan Hüseynzadənin məhkəməsi yekunlaşıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Orxan 18 il müddətinə həbs olunub.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qətlin səbəbi anasının atasına xəyanət etməsindən şübhələnməsi olub. Orxan buna dair heç bir sübutunun olmadığını etiraf edib. O, evdə qadınlar üçün nəzərdə tutulan məhlul tapdığına görə bu qənaətə gəlib.

Anasına neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını bildirən Hüseynzadə valideynini balta ilə hissələrə bölüb. O, meyiti zibilliyə atmaq və bu üsulla cinayəti gizlətmək istəyib.

Hadisə günü Orxanın atası işdə, bacısı isə ad günündə olub. Törədilən cinayəti isə qonşular aşkarlayaraq, hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qeyd edək ki, Mehriban Hüseynzadə Mehdiabad qəsəbəsindəki uşaq musiqi məktəbində piano müəllimi olub. Onun həyat yoldaşı Aslan Hüseynzadə ifadəsində oğlunun şübhələrinin tam əsassız olduğunu bildirib. Kişinin sözlərinə görə, arvadı ona heç vaxt xəyanət etməyib, çox saf, sakittəbiətli və namuslu qadın, öz övladlarına həmişə yaxşı ana olub.

Orxan isə narkoman olub. Bir müddət Narkoloji Mərkəzdə müalicə alsa da, bunu yarımçıq dayandırıb.

Orxanın bacısı məhkəmədə qardaşını bağışlamadığını, ona ən ağır cəzanın verilməsini istəyib.

Onu da əlavə edək ki, O. Hüseynzadənin atası da baldızını bıçaqladığına görə bir neçə il həbs həyatı yaşayıb.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər