top
Arvadına əl qaldıran kişi cəzadan azad edilib
11 may 2024, 05:35
- ↺ +

Arvadına əl qaldıran kişi cəzadan azad edilib

Sumqayıtda kişi arvadına xəsarət yetirib. Bu haqda 12 may tarixində Sumqayıt24 Demokrat.az-a istinadən məlumat verir.

30 yaşlı Pərviz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı Zəminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin “qəsdən sağlamlığa xəsarət yetirmə” maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2019-cu ildə Zəminə ilə ailə həyatı qurub, həmin nikahdan 2020-ci il təvəllüdlü Aydın adında bir övladları var: “Evləndiyimiz gündən Sumqayıt şəhəri, Ceyranbatan bağları massivi ərazisində yerləşən evdə yaşamışıq. Lakin hazırda Binəqədi rayonunda yaşayırıq. Həyat yoldaşımla bəzən münaqişələrimiz olub. Xırdalan şəhərində kolbasa sexində işləyirəm. Hadisədən 2-3 gün öncə Zəminə Binəqədi rayonu ərazisində yaşayan anasıgilə getdi. Bir gün sonra öz yaşadığımız evə qayıtdı. Həmin gün saat 14:00-da evə gəldim. Anasıgildə qaldığına görə Zəminə ilə mübahisə etməyə başladım. Mübahisə zamanı şillə ilə Zəminənin gözünə vurdum. Sonra Zəminə hamam otağına gedib üzünün və burnunun qanını yuyaraq təmizlədi. Ertəsi gün işdə olduğum vaxt Zəminə əmisinin həyat yoldaşı ilə Binəqədidə yaşayan anasıgilə getdi və sonra bu barədə polisə şikayət verdi”.

İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alıb. Bu səbəbdən Pərvizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:43

Sumqayıtda yol təmiri "yolunu azıb" - BİTMƏYƏN DƏRDİMİZ - VİDEO

Bütün xəbərlər
Bu gün, 17:13

Sumqayıtda kafenin yerləşdiyi obyekt  661 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 16:40

Sumqayıtda peşə məktəbi söküləcək – yerində bina tikiləcək

İdman
Bu gün, 16:10

Sumqayıtlı məktəbli İtaliyada dünya çempionu oldu

İdman
Bu gün, 15:37

"Sumqayıt" bu tarixdə "Sabah"ın qonağı olacaq

Bütün xəbərlər
Bu gün, 15:05

Sumqayıta sentyabrın son günü yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 14:33

Sumqayıtın "üstü bəzək, altı təzək" binalarını kim təmir etməlidir?

Bütün xəbərlər
Bu gün, 14:01

Sumqayıtda qəza - YARALILAR var

Bütün xəbərlər
Bu gün, 13:27

"Bağça Şəhər"də yanğın olub

Bütün xəbərlər
Bu gün, 12:55

Xəzərin ən çox boğulma təhlükəsi olan əraziləri - SİYAHI

Bütün xəbərlər
Bu gün, 12:25

Sarayda zibil problemi böyüyür: Sakinlər gecələr tüstüdən boğulur

Bütün xəbərlər
Bu gün, 11:55

Sumqayıt yolunda işıqlandırma ilə bağlı ŞAD XƏBƏR

İdman
Bu gün, 11:22

Sumqayıtlı boksçu Çindən qızıl medalla qayıdır

Bütün xəbərlər
Bu gün, 10:45

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanıldı

İdman
Bu gün, 10:11

"Buxar Sumqayıt" Avropa ilə vidalaşdı

Bütün xəbərlər
Bu gün, 09:23

Həkimləri xəstənin yanına çatdırandan sonra vəfat edən sürücünün iş yoldaşları danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 3-cü günü nə baş verib?

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda məktəblərdən pul yığılır? – SƏS YAZILARI YAYILDI

Bütün xəbərlər
Dünən, 17:32

Kolleclərin boş qalan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI

İdman
Dünən, 17:18

"Sumqayıt" heyətinə 20 yaşlı basketbolçunu cəlb edib

Bütün xəbərlər
Dünən, 16:37

"Sumqayıt Bulvar" 8 min manata maşın satır

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtlılar niyə tez-tez susuz qalır? - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtda yığılan avtobuslar başqa ölkələrə də satılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 13:55

"7 nömrə"nin sürücüsünü döyüb xəstəxanalıq etdilər

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda sakinləri əlavə xərcə salan bankomat problemi - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 12:59

Novxanıda öldürülən həkimin qızından şok açıqlamalar

Oxşar xəbərlər