top
Atanı yaraladı, 15 yaşlı oğlunu öldürdü -  Sumqayıtda MƏHKƏMƏ
04 avqust 2026, 14:20
- +

Atanı yaraladı, 15 yaşlı oğlunu öldürdü -  Sumqayıtda MƏHKƏMƏ

Bir nəfəri öldürməkdə və onun yeniyetmə oğlunu isə bıçaqlamaqda təqsirləndirilən Şəhram Manafzadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. 

Məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. 

Dövlət ittihamçısı Ziya Mansurov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Vasif İsrafilov təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib. 

Təqsirləndirlilən şəxsin vəkili müdafiə çıxışı etdikdən sonra Şəhram Manafzadə son söz deyib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, Şəhram Manafzadə 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə 2024-cü ilin avqustunda Xaçmaz rayonu Nabran qəsəbəsində baş verib. 

Araşdırma zamanı məlum olub ki, Xaçmaz rayonunun Köhnə Xudat kəndinin sakinləri 1988-ci il təvəllüdlü Nurlan Məmmədrəhimov və oğlu 2009-cu il təvəllüdlü Cavidan Məmmədrəhimov tanıdıqları - 1990-cı il təvəllüdlü Şəhram Manafzadə tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıblar. 

Nəticədə, 15 yaşlı Cavidan Məmmədrəhimov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Nurlan Məmmədrəhimov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən Şəhram Manafzadə hadisə yerindən yayınsa da, Xaçmaz polisi onu Nabranda yaxalayıb istintaqa təhvil verib.

Şəhram Manafzadə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 134, 221.3-cü (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Mənbə: Unikal.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıtda məhəllədaxili yol PARKİNQƏ çevrilib

Bütün xəbərlər
Dünən, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
Dünən, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
Dünən, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
Dünən, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
Dünən, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
Dünən, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
Dünən, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
Dünən, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
Dünən, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
11 sentyabr 2026, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
11 sentyabr 2026, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
11 sentyabr 2026, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
11 sentyabr 2026, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Oxşar xəbərlər