top
Atasını döyən oğul azadlıqdan məhrum edilib
04 sentyabr 2023, 06:45
- +

Atasını döyən oğul azadlıqdan məhrum edilib

Sumqayıtda atasına xəsarət yetirən oğul məsuliyyətə cəlb edilib. Bu haqda 4 sentyabr tarixində Sumqayıt24 Lent.az-a istinadən məlumat verir.

Hadisə 76-cı məhəllə ərazisində yerləşən yataqxanada baş verib. Sumqayıt şəhər sakini, 35 yaşlı Məhəmməd İsmayılov aralarında baş vermiş mübahisə zamanı atası Novruz İsmayılovu vurub.

Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda hadisəni törədən M.İsmayılovun barəsində Cinayət Məcəlləsinin “qəsdən sağlamlığa xəsarət yetirmə” maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən M. İsmayılov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs doğma atasıdır:

“Mən spirtli içki aludəçisiyəm. Hadisə baş verən gün, saat 21:00 radələrində evə gəldikdə yemək yeyən zaman içmək üçün 0.25 litr araq və 0.5 litr pivə aldım. Yemək yeyib, araq və pivəni içdim”.

Təqsirləndirilən şəxs deyib ki, atası gəzərək xlor satdığından ona bir daha işə getməməsini, zəruri ehtiyaclarını təmin edəcəyini deyib: “Atam isə ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Əsəbiləşərək onun üz nahiyəsinə bir neçə dəfə əlimlə zərbə vurdum. Zərbələrin təsirindən atam yerə yıxıldı”.

İş üzrə zərərçəkmiş N.İsmayılovun sözlərinə görə, oğlu M.İsmayılov spirtli içki aludəçisidir, heç yerdə işləmir, tüfeyli həyat tərzi sürür və içki içdiyi vaxtlarda hərəkətlərini, davranışını itirir:

“Hadisə günü saat 21:00 radələrində M.İsmayılov sərxoş halda evə gəldi. Nalayiq ifadələr işlətdikdə onun sərxoş olduğunu bildim. Ona söyüş söyməməsini, evdə azyaşlı uşaqların olduğunu dedim. Məhəmməd isə sözümə heç bir əhəmiyyət vermədi, söyüş söyməkdə davam etdi. Ona çölə çıxaraq bir az hava almasını dedim. Çölə çıxaraq gəzdik, yataqxana 5-in qarşısına çatdıqda heç bir səbəb olmadan sakit tərzdə söhbət etdiyimiz zaman gözləmədiyim halda əl zərbəsi ilə üzümə, başıma vurdu. Zərbələrin təsirindən arxası üstə yerə yıxıldım. Buna baxmayaraq, mənə yaxınlaşaraq təpik zərbələri ilə qarnımdan, qollarımdan, kürəyimdən, ayaqlarımdan vurmağa başladı. Zərbələrin təsirindən huşumu itirdikdən sonra məni vurmağı dayandırdı, oradan getdi. Sonra ayağa qalxaraq Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə yaxınlaşdım, döyülməyim ilə bağlı ərizə ilə müraciət etdim”.

Zərərçəkmiş deyib ki, oğlu onu mütəmadi olaraq döyür, rahat yaşamağa qoymur. Buna görə də ondan şikayətçidir.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə M.İsmayılov 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Bu gün, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

İdman
Dünən, 14:17

İki böyük şəhərin komandaları üz-üzə gələcək

Bütün xəbərlər
Dünən, 13:47

Sumqayıt yol qazıldı, hərəkət məhdudlaşdı

Bütün xəbərlər
Dünən, 13:17

Sumqayıtda dənizdən meyit tapıldı

Bütün xəbərlər
Dünən, 12:47

Prezident İlham Əliyev sumqayıtlı auditoru TƏLTİF EDİB

Bütün xəbərlər
Dünən, 12:29

Sumqayıt xəstəxanasında təyinat - Bu şəxslər rəhbər vəzifələrə gətirildi

Bütün xəbərlər
Dünən, 12:07

Ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib

Bütün xəbərlər
Dünən, 11:37

Sumqayıtda müəllim düzəltmək adı ilə 38 min manat aldı – 7 il həbs

İdman
Dünən, 11:00

Sumqayıtlı pəhləvan Azərbaycan Kubokunu qazandı

Bütün xəbərlər
Dünən, 10:26

Bu il Sumqayıtdan 266 min tona yaxın azot gübrəsi ixrac edilib

Bütün xəbərlər
Dünən, 09:56

Sumqayıt xəstəxanasında YENİ RƏHBƏR təyinatı

Bütün xəbərlər
Dünən, 09:07

Sumqayıtda iki maşın toqquşdu - ölən var

Bütün xəbərlər
15 sentyabr 2026, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Oxşar xəbərlər