Sumqayıt sakinində əl qumbarası aşkar edilib. Bu haqda bu gün, 31 may tarixində APA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Şəhriyar Hətəmovdan “F-1” qumbarası aşkar edilərək müsadirə olunub.