Sumqayıt şəhər sakinindən heroin aşkar edilib. Sumqayıt24 bu haqda bu gün, 24 fevral tarixində Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, 24 fevral saat 03:00 radələrində Bakı-Quba yolunda E.Dəmirovun idarə etdiyi “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Şəxsi axtarış zamanı Sumqayıt şəhər sakini olan sərnişin V. Muradovdan 50 qram heroin aşkar edilərək götürülüb.