top
Başqasının namusuna göz dikdi, özünü 13-cü mərtəbədən atdı
09 dekabr 2024, 04:23
- ↺ +

Başqasının namusuna göz dikdi, özünü 13-cü mərtəbədən atdı

Abşeronda bir nəfərin ölümü ilə nəticələnən xəyanət hadisəsi baş verib.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1987-ci il təvəllüdlü Qəzənfər Qulamova (ad şərtidir) Latviyada yaşayan qardaşı zəng edərək, arvadı ilə əlaqə yarada bilmədiyini və yaşadıqları mənzilin giriş qapısının üzərində olan kameranın söndürüldüyünü deyib. Buna görə Qəzənfərdən evlərinə gedib, ailəsini yoxlamağı xahiş edib. Qəzənfər ora gedərək qapını açdıqda, evdə qardaşı arvadı ilə cinsi əlaqədə olan gədəbəyli Cavid Əsgərovu (ad şərtidir) görüb. Gördüyü dəhşətli mənzərədən sonra o, qapını bağlayaraq qardaşı arvadı Aygün Fərəcovanı (ad şərtidir) və Cavid Əsgərovu otaqdan çıxmağa qoymayıb. Daha sonra qardaşı arvadının doğmalarını (valideyn və qardaşları) çağırıb. Onlar gələnə qədər isə 1 saat 45 dəqiqə dayanmadan Aygün Fərəcovanı döyüb. Bundan başqa, qardaşı arvadının paltarlarını soyunduraraq öz telefonu ilə çılpaq vəziyyətdə onun şəkillərini çəkib. Qızın valideynləri gəldikdən sonra Cavid Əsgərov qarışıqlıqdan istifadə edərək özünü həmin binanın 13-cü mərtəbəsindən yerə ataraq intihar edib.

Qəzənfər Qulamov Azərbaycan Respublikası CM-nin 125 və 145.3-cü (intihar həddinə çatdırma) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Qəzənfər Qulamov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, qardaşı oğlu “əmi, evdə başqa əmi var” deyib:

“Hadisə baş verən gün qardaşım mənə zəng edib dedi ki, evdən narahatdır. Kameranın da işləmədiyini dedi, xahiş etdi ki, gedib evi yoxlayım. Taksi ilə qardaşımın ailəsinin yaşadığı mənzilə getdim. 10-15 dəqiqə qapını döydüm, amma açan olmadı. Düşündüm ki, Aygün harasa gedib. Qayıtmaq istəyəndə qapının açıldığını gördüm. Aygün qapını açanda qardaşım oğlu üstümə qaçıb məni qucaqladı. Qardaşım oğlu “əmi, evdə başqa əmi də var” deyəndə düşündüm ki, o biri qardaşım da evdədir. İçəri girəndə heç kimi görmədim. Uşaq çarpayının altını göstərib, eyni sözləri təkrarladı. Çarpayının altına baxanda Cavidi gördüm. Onları danladım, elədikləri hərəkətin utancverici olduğunu söylədim.

Aygünün qardaşını və valideynlərini çağırdım. Aygünlə Cavidə gözləmələrini dedim. Onları gözləməyə məcbur etməmişəm, heç birini döyməmişəm. Aygünün ailəsi gələndən sonra qışqırıq səsi eşitdim. Gördüm ki, Cavid özünü binadan yerə atıb. Şahidlər də görüb ki, Cavidə heç nə etməmişəm.

Bu hadisədən sonra atam iki dəfə infarkt keçirərək dünyasını dəyişib, anam yataq xəstəsi olub, həyat yoldaşım xəstəlik tapıb, özüm də bir neçə aydır həbsdəyəm”.

Məhkəmədə dindirilən zərərçəkmiş Cavid Əsgərovun hüquqi varisi, atası ifadəsində deyib ki, morqda öz oğlunu tanımayıb:

“Bu ailəni tanımıram, heç bir əlaqəmiz olmayıb. Məni polis idarəsinə çağırdılar. İdarədən məni morqa göndərdilər. Morqda öz oğlumu tanıya bilmədim. Oğlumun ölümünün səbəbkarı Qəzənfərdir. Oğlumu bu həddə o çatdırıb, onu döyüb, ləyaqətini alçaldıb. Aygünlə oğlumun münasibətindən xəbərim yox idi”.

Məhkəmənin ilkin iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onlarla barışmadığını bildirsə də, sonradan o, məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsdən heç bir şikayət, iddia və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirib. Eyni zamanda təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini xahiş edib.

Məhkəmədə şahid qismində dindirilən Aygün Fərəcova ifadəsində göstərib ki, Cavid “İnstagram”da görüşmək üçün israr edib, o da razılaşıb:

“Cavidlə “İnstagram”da tanış olmuşuq. İsrarla görüşmək istədiyini deyirdi. Mən də onunla razılaşıb, evə dəvət etdim. Cavid gələndə oğlum qonaq otağında yatırdı. Telefonumu da sönülü vəziyyətdə enerji yığmağa qoymuşdum. O gələndən 90 dəqiqə sonra qapı döyüldü. Oğlum oyandı, Cavid də paltarını geyinib mətbəxə keçdi. Əynində şalvar, üstündə heç nə yox idi. Qapını açanda oğlum Cavidi gördüyü üçün Qəzənfərə evdə başqa əminin olduğunu dedi. Qəzənfər Cavidi görəndə mənə sillə vurdu. Cavid çox üzrxahlıq etdi.

Qəzənfərlə Cavid yataq otağında oturdular. Valideynlərim gəldi, ara çox qarışdı. Qəzənfərə zəng gəldiyi üçün otaqdan çıxdı, anam Cavidin yanına getdi. Cavid anama “mən çox utanıram, sizdən üzr istəyirəm, mən burada sadəcə gözləyirəm ki, Aygünə bir şey olmasın, onsuz da bu gün mənim son günümdür” deyib. Bu zaman oğlum su istədi, ona su vermək üçün anam otaqdan çıxıb. Daha sonra “vay aman, özünü atdı” deyə qışqırdı”.

Məhkəmənin istintaqında məlum olub ki, Aygün evlənməmişdən əvvəl də Cavidlə görüşüb. Ailə qurduqdan sonra isə danışaraq bir dəfə evində, bir dəfə də binanın pilləkənlərində görüş təyin ediblər.

Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Qəzənfər Qulamovun Cavid Əsgərovu intihar həddinə çatdırması sübuta yetirilib. Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Qəzənfər Qulamov cinayət üzrə təqsirli bilinib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Qəzənfər Qulamov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər