Sumqayıt sakini cibgirliyin qurbanı olub. Sumqayıt24 bu haqda 31 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə iyulun 28-nə keçən gecə baş verib. Biləcəri qəsəbəsində həmşəhərlimizin cibindən 800 manatı oğurlanıb. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayətdə şübhəli bilinən Ağdaş sakini Z. Əliyeva saxlanılıb.
Araşdırma aparılır.