Saxta pulla yanacaq almaq istəyən şəxs tutulub.
Sumqayit24.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi, polkovnik-leytenant Elşad Hacıyeva istinadən xəbər verir ki, oktyabrın 8-də Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Nəticədə aldığı yanacağın müqabilində işçiyə 20 manatlıq saxta əsginas verən 45 yaşlı S.Rüstəmov saxlanılıb.
Araşdırma aparılır.