Sumqayıt sakinində narkotik vasitə aşkarlanıb. Bu haqda 5 avqust tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Metropolitendə polis əməkdaşları tərəfindən görülən tədbirlərlə borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.