top
ChatGPT ilə məsləhətləşib anasını öldürdü - Sumqayıtda məhkəmə
09 mart 2026, 15:06
- +

"ChatGPT" ilə "məsləhətləşib" anasını öldürdü - Sumqayıtda məhkəmə

Xaçmaz rayonunun Qadaşoba kəndində anasını qətlə yetirən yeniyetmə ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

 

Teleqraf.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 yaşlı A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

 

İstintaq materiallarına əsasən, yeniyetmə 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı 15 bıçaq zərbəsi ilə qətlə yetirib. Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, bu addımı atmasına səbəb anasının "TikTok" sosial şəbəkəsində tanımadığı şəxslə səmimi yazışmalarını görməsi olub.

 

Araşdırma zamanı məlum olub ki, yeniyetmə cinayəti törətməzdən əvvəl telefonunda süni intellekt proqramı ilə yazışıb. Onun telefonuna baxış keçirilərkən anasını öldürməyin üsulları, hadisənin hüquqi nəticələri və az cəza almaq üçün istintaqda necə ifadə verməli olduğu barədə suallar verdiyi müəyyən edilib.

 

Hadisə baş verən zaman yeniyetmənin atası və qardaşı evdə olmayıb. Qətli törətdikdən sonra o, qonşuluqda yaşayan əmisi gilə gedərək anasını öldürdüyünü bildirib. Məhkəmədə verdiyi ifadədə yeniyetmə əməlindən peşman olduğunu deyib.

 

Məhkəmə prosesində Kifayət Lətifovanın "TikTok"da yazışdığı iddia olunan şəxs də ifadə verib. O bildirib ki, qadını tanımayıb və mesaj bölməsinə gələn yazışmalara baxmadan sildiyini deyib. Onun sözlərinə görə, yalnız bir dəfə cavab olaraq ürək smaylı göndərib və qadının kim olduğunu hadisədən sonra öyrənib.

 

Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, A.Lətifov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 10:00

Sənaye şəhərinin beşiyi: Kimyaçılar qəsəbəsi haqqında maraqlı faktlar

Bütün xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:30

Sumqayıtda qazıntı bitdi, "izləri" qaldı

Kriminal
19 sentyabr 2026, 17:54

Coratda kişi bıçaqlanıb, arvadı şübhəli bilinir - YENİLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 17:30

Sumqayıtın problemləri bir masa arxasında-Ağsaqqallar və İctimai Şuranın görüşü

Bütün xəbərlər
19 sentyabr 2026, 16:30

Yaralı nadir bayquş Sumqayıt sakinindən "kömək istədi" - VİDEO

Bütün xəbərlər
19 sentyabr 2026, 15:30

Sumqayıtın hava proqnozu

Kriminal
19 sentyabr 2026, 14:54

11 yaşlı qızının gözü qarşısında arvadını öldürdü – 16 il həbs

Bütün xəbərlər
19 sentyabr 2026, 14:30

Füzulidə şəhid olan sumqayıtlı gizirin doğum günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 13:30

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub

Bütün xəbərlər
19 sentyabr 2026, 12:30

"7 nömrə"nin sürücüsü cəzalandırıldı - SƏBƏB

Bütün xəbərlər
19 sentyabr 2026, 11:46

Sumqayıtda uşağın avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Bütün xəbərlər
19 sentyabr 2026, 11:29

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 10:31

19 sentyabrda şəhid olan sumqayıtlılar…

Bütün xəbərlər
19 sentyabr 2026, 09:47

Sumqayıtda məcburi köçkün ev sahibini döyüb qovdu - İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 09:09

Sumqayıtda yolların təmirinə 1.5 milyon manat ayrılır

Bütün xəbərlər
19 sentyabr 2026, 00:01

Antiterror əməlliyatından 3 il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 18:44

Sumqayıtda "PeşəFest-2026" layihəsi həyata keçirilib

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert keçirilib

Bütün xəbərlər
18 sentyabr 2026, 17:22

Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
18 sentyabr 2026, 16:50

Sumqayıtda mənzillər niyə bahalaşıb? - SƏBƏB

Bütün xəbərlər
18 sentyabr 2026, 15:48

"Sıxlığa görə xanımın ürəyi getdi" - "33 nömrə"dən ŞİKAYƏT

Bütün xəbərlər
18 sentyabr 2026, 14:32

Sumqayıtda zəncirvari qəza - 6 maşın toqquşdu

Bütün xəbərlər
18 sentyabr 2026, 13:23

Sumqayıtda avtobusun təkəri yerindən çıxdı - Sərnişinlər yolda qaldı

Oxşar xəbərlər