Sumqayıt şəhər çimərliyində oğurluq olub. Sumqayıt24 bu haqda 22 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Məlumata görə, bir nəfərin içərisində 2 ədəd mobil telefonu, bank kartları və geyim əşyaları olan çantası oğurlanıb. 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən cinayətdə şübhəli 20 yaşlı A. Məmmədli saxlanılıb.
Araşdırma aparılır.