top
Cinsi azlıq nümayəndəsindən oğurladığı pulu Sumqayıtda xərclədi
17 mart 2026, 12:05
- ↺ +

Cinsi azlıq nümayəndəsindən oğurladığı pulu Sumqayıtda xərclədi

Oğurluqda və soyğunçuluqda təqsirləndirilən Zahid Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Nəticədə o, 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə iclas zalında həbs olunub.

İttihama əsasən, Zahid Quliyev sosial şəbəkə vasitəsilə tanış olduğu zərərçəkmiş Kərim Kərimova (adı, soyadı şərtidir) qarşı oğurluq əməli törədib. Belə ki, 19 iyun 2025-ci il tarixində zərərçəkmiş şəxsin yaşadığı mənzildə olarkən, onun mətbəxdə olmasından istifadə edərək qonaq otağından əl çantasını götürüb. Həmin çantanın içərisində 3077 manat nağd pul, 310 ABŞ dolları (527 manat ekvivalentində), 200 manat dəyərində "Etro" markalı pul qabı, 2500 manat dəyərində "iPhone 16 Pro Max" markalı mobil telefon, telefonun üzərində olan 50 manat dəyərində mobil nömrə və 200 manat dəyərində "Armani" markalı əl çantası olub. Təqsirləndirilən şəxs həmin əşyaları götürərək mənzildən qaçıb və bununla da zərərçəkmiş şəxsə ümumilikdə 6554 manat məbləğində maddi ziyan vurub.

İstintaq materiallarına əsasən, Zahid daha sonra tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama – yəni soyğunçuluq cinayəti də törədib.

Belə ki, 1 sentyabr 2025-ci il tarixində o, "TikTok"da tanış olduğu zərərçəkmiş Pərvanə Əmirovanı (adı, soyadı şərtidir) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Riyad" ticarət mərkəzinin qarşısından "Hyundai Elantra" markalı avtomobilə mindirərək Novxanı qəsəbəsi ərazisində yerləşən dənizkənarı çimərliyə aparıb. Axşam saat 20:00 radələrində geri qayıdarkən təqsirləndirilən şəxs zərərçəkmişdən avtomobildən enərək təkərlərə baxmasını istəyib. Pərvanə avtomobildən enən kimi, Zahid maşını qəfil hərəkətə gətirərək hadisə yerindən uzaqlaşıb. Nəticədə zərərçəkmiş şəxsə məxsus avtomobildə qalan 2570 manat dəyərində "iPhone 15 Pro" markalı mobil telefon, 5 manat dəyərində mobil nömrə, 10 manat dəyərində telefon üzlüyü, 41 manat nağd pul, 10 manat dəyərində pul kisəsi və 95 manat dəyərində "Pinko" markalı qadın çantası talanıb. Bu hadisə nəticəsində Pərvanəyə ümumilikdə 2731 manat məbləğində maddi ziyan dəyib.

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs oxşar üsulla daha bir soyğunçuluq əməli törədib. Belə ki, 3 sentyabr 2025-ci il tarixində Bakı–Sumqayıt şosesinin Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən "Araz" marketin arxa tərəfində idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş tanışı zərərçəkmiş Fəridə Abbaszadəni (adı, soyadı şərtidir) qabaqcadan düşünülmüş bəhanə ilə avtomobildən endirib. O, zərərçəkmiş şəxsə guya yerə nəyinsə düşdüyünü deyərək avtomobildən enməsini istəyib. Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra isə Zahid hadisə yerindən uzaqlaşıb.

Beləliklə, zərərçəkmiş şəxsə məxsus 30 manat dəyərində çanta, çantanın içərisində 275 manat nağd pul, 1200 manat dəyərində "Samsung Galaxy A56" markalı mobil telefon, 6 manat dəyərində telefon qoruyucusu, 7 manat dəyərində mobil nömrə, 10 manat dəyərində fırça və bir ədəd bank kartı açıq yolla talanıb. Bu hadisə nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 1528 manat məbləğində maddi ziyan vurulub.

Beləliklə, Zahid Quliyev əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 180.2.2-ci (təkrar soyğunçuluq) maddələri ilə tövsif edilib.

Cinayət işinin məhkəmə baxışı zamanı Zahid Quliyev ona elan olunan ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sosial şəbəkədə "Nara" adı ilə qeydiyyatdan keçmiş şəxslə tanış olub və həmin şəxsin qadın olduğunu düşünüb. Təxminən 10–15 gün sonra görüş zamanı "Nara" adlı istifadəçinin əslində qadın olmadığını, cinsi azlıq nümayəndəsi olan zərərçəkmiş Kərim Kərimov olduğunu öyrənib. Bu səbəbdən onunla əlaqəni kəsib və mobil nömrəsini bloklayıb. Lakin sonradan maddi çətinliklər səbəbindən həmin şəxslə yenidən əlaqə saxlayıb. O, guya avtomobilinin yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparıldığını və onu çıxarmaq üçün pula ehtiyacı olduğunu deyərək zərərçəkmişdən kömək istəyib.

Zahid bildirib ki, görüş zamanı Kərimin əl çantasını götürüb və mənzildən çıxaraq qaçıb. Daha sonra taksi ilə Sumqayıt şəhərinə gedib və oğurladığı pulların bir hissəsini xərcləyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, son aylarda müxtəlif internet saytlarında qumar oyunları oynayıb və xeyli miqdarda pul uduzduğuna görə maddi problemlər yaşayıb. Bu səbəbdən borclarını ödəmək və yenidən qumar oyunlarına pul yatırmaq məqsədilə müxtəlif üsullarla pul əldə etməyə çalışıb.

O, sosial şəbəkələrdə tanış olduğu digər şəxslərlə görüşərək onlara müxtəlif bəhanələr gətirib, bəzən isə avtomobildən enmələrini xahiş edərək onların əşyalarını götürüb uzaqlaşdığını etiraf edib.

Zahid məhkəmədə söyləyib ki, bəzi oğurladığı əşyalar və pulların bir hissəsi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb və zərərçəkmiş şəxslərə qaytarılıb.

O həmçinin deyib ki, törətdiyi soyğunçuluq hadisələri zamanı yanında başqa şəxs olmayıb və cinayətləri tək törədib. Onun sözlərinə görə, hadisələr zamanı üzərində bıçaq olmayıb və zərərçəkmiş şəxsləri bıçaqla hədələməyib.

Son xəbərlər

Kriminal
Bu gün, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Bu gün, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
Dünən, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
Dünən, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
Dünən, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Oxşar xəbərlər