top
Əcnəbi narkotacirə çalışan Sumqayıt sakini saxlanılıb
10 mart 2022, 23:56
- ↺ +

Əcnəbi narkotacirə çalışan Sumqayıt sakini saxlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Narkokuryerliklə məşğul olan Sumqayıt sakini və daha 2 şəxs Balakəndə saxlanılıblar. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.

Zaur Rzayev və paytaxt sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Nurlan Rzayev və Elçin Kərəkməzli Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Z. Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobildə 7 kiloqram 400 qram qurudulmuş marixuana, 2 kiloqrama yaxın heroin və 312 qram metamfetamin (“patı”) aşkarlanıb. N. Rzayevin üzərindən isə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Nurlan sosial şəbəkələr vasitəsilə qonşu ölkələrdən birində yaşayan və Azərbaycana narkotik maddələr göndərən şəxsin təklifi əsasında narkokuryerliyə cəlb olunub.

Sonuncu dəfə, həmin əcnəbi şəxsin narkotik vasitəni Balakən rayonu ərazisindən Gürcüstana keçirmək cəhdi baş tutmayıb. Bu səbəbdən o, kuryerindən Balakəndə olan narkotik vasitəni götürüb, Bakıya aparmasını istəyib və bunun müqabilində 5 min manat verəcəyini söz verib.

Nəticədə N. Rzayev tanışları Z. Rzayev və E. Kərəkməzli ilə birlikdə, narkotik vasitəni ona göndərilən şəkillərdə göstərilən yerdən götürüb, geri qayıdarkən isə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Onlar maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:19

Sürücülərin nəzərinə - Novxanıda yol bağlanıb

Bütün xəbərlər
Dünən, 17:19

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda yaşayan tanınmış aktyor 70 yaşında vəfat edib

İdman
Dünən, 16:19

Sumqayıtlı gənc idmançılar CÜDONUN VƏTƏNİNDƏ

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıta sabah da yağış yağacaq

Kriminal
Dünən, 14:19

Sumqayıtda gənc bıçaqlandı - 50 YAŞLI KİŞİ TUTULDU

Bütün xəbərlər
Dünən, 13:13

Diqqətli olun, ChatGPT sizdən xəbərsiz bu məlumatları toplayır

Bütün xəbərlər
Dünən, 12:13

Sumqayıtda maşın külə döndü - SÜRÜCÜ SON ANDA XİLAS OLDU

Bütün xəbərlər
Dünən, 12:09

Azərbaycanda məktəblilərin payız tətili başlayır

Bütün xəbərlər
Dünən, 11:09

Bu institut Saraya köçürülə bilər

Bütün xəbərlər
Dünən, 10:09

Sumqayıtda məktəbin yerinə bina tikiləcək?

İdman
Dünən, 09:09

"Sumqayıt"ın legionerləri milliyə çağırılıblar

Bütün xəbərlər
09 noyabr 2026, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
09 noyabr 2026, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
09 noyabr 2026, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
09 noyabr 2026, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
09 noyabr 2026, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
09 noyabr 2026, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
09 noyabr 2026, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
09 noyabr 2026, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
09 noyabr 2026, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
09 noyabr 2026, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
09 noyabr 2026, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
09 noyabr 2026, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Oxşar xəbərlər