top
Coratda bir ailəni qətlə yetirən Müşfiq Tağıyevə ÖMÜRLÜK HƏBS
16 aprel 2025, 07:22
- +

Coratda bir ailəni qətlə yetirən Müşfiq Tağıyevə ÖMÜRLÜK HƏBS

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralayan Müşfiq Tağıyevin sonuncu məhkəməsi keçirilib.

 Pravda.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 Xatırladaq ki, dövlət ittihamçısı Müşfiq Tağıyevin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

 Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

 Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

 Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.

 İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:30

Sabah çimərliklərdə hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtın gənc istedadı beynəlxalq olimpiadaya yollanır

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtın intensiv istifadə olunan ərazisindəki baxımsızlıq…

İdman
Bu gün, 17:50

Ruslan və Gültac Olimpiya yolunda növbəti sınağa hazırlaşırlar

İdman
Bu gün, 17:10

Sumqayıtda bu idman üzrə ilk ölkə birinciliyi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 16:37

Sumqayıtdakı reabilitasiya mərkəzi ilə bağlı məhkəmədə yeni detallar açıqlandı

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtlı şagird İsveçdə biliyi ilə fərqlənib

Bütün xəbərlər
Bu gün, 16:07

Prezident səhiyyə işçilərini təltif edib

Bütün xəbərlər
Bu gün, 15:52

17 yaşlı qızın həlak olduğu qəzanın detalları məlum oldu - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 15:45

Sabah 35 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 15:21

Dəniz suyu içməli olacaq - Sumqayıtda layihə başlayır

Bütün xəbərlər
Bu gün, 15:14

Sumqayıtda çirkab su problemi: Qurumdan açıqlama

Bütün xəbərlər
Bu gün, 15:05

İnzibati xəta törətmiş şəxsə psixatriya yardımı razılıqsız göstəriləcək

Bütün xəbərlər
Bu gün, 14:47

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Bütün xəbərlər
Bu gün, 14:25

Bu gündən I sinfə qəbulda yeni mərhələlər başladı

Bütün xəbərlər
Bu gün, 13:21

Müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ev dustaqlığına buraxılmayıb

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtın itirilmiş simvolu: "Titanik"in hekayəsi

Bütün xəbərlər
Bu gün, 12:19

Xəzər yenə silkələnib

Bütün xəbərlər
Bu gün, 12:11

Arağa pul verməyən qardaşını kürəyindən bıçaqladı…

Bütün xəbərlər
Bu gün, 11:31

Xəzərə axıdılan tullantılar ödənişli olacaq

Bütün xəbərlər
Bu gün, 10:51

Sumqayıtda partlayış səsləri duya bilərsiniz - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 10:11

"Sumqayıt" akademiya direktoru ilə vidalaşır

Bütün xəbərlər
Bu gün, 09:31

Qəzada həyatını itirən Zəhranın atası: "Onu motosikldən uzaqlaşdıra bilməməyim ən böyük səhvimdir"

Bütün xəbərlər
Dünən, 18:30

Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyir? - RƏSMİ

Oxşar xəbərlər