top
Coratda bir ailənin 3 üzvünü öldürən şəxs: “Cinsiyyət orqanını mənə toxundurdu”
05 fevral 2025, 06:45
- ↺ +

Coratda bir ailənin 3 üzvünü öldürən şəxs: “Cinsiyyət orqanını mənə toxundurdu”

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı gedir.

Sumqayit24.az hadisənin ittiham aktını əldə edib.

İbtidai istintaq zamanı təqsirləndirilən Müşfiq Tağıyev ifadəsində göstərib ki, hadisəni törətməsinə səbəb qonşusu Anar Fərəcovun uşaqlıqda onun şərəf və ləyaqətini alçaltması olub:

“1997-ci ildə 4-cü sinifdə oxuyurduq. Həyətdə oynayan zaman qonşuluqda olan Anar Fərəcov mənə yaxınlaşdı. Sol əli ilə boynumdan tutub şortumu aşağı çəkdi. Cinsiyyət orqanını mənə toxundurmağa başladı. Bunu görüb bir neçə saniyə sonra Anarın əlindən qurtulub, ağlaya-ağlaya evə qaçdım. Həmin hadisə olandan indiyə qədər heç kimə bu barədə danışmadım. Amma illər keçdikcə içimdə ona qarşı böyük nifrət yaranırdı. Belə şey etdiyinə görə qonşumdan qisas ala bilmədiyim üçün heç vaxt ailə həyatı qurmadım. Lakin bir gün qisas alacağımı hədəfləmişdim.

Anar Fərəcovu sonuncu dəfə 2013-cü ildə gördüm, eşitdim ki, xarici ölkəyə köçüb. Uşaqlıqda etdiyi hərəkətə görə onun atası Dağbəyi Fərəcov və ailəsini məhv etmək istəyirdim. Ov tüfəngi atama məxsus idi. O, öldükdən sonra rəsmi olaraq mənim adıma keçdi.

2023-cü ilin oktyabrın 27-dən hazırlıq işlərinə başladım. Müxtəlif vaxtlarda benzin, yanğınsöndürən balon, barıt tapıb, evə yığdım. Oktyabrın 28-i sübh tezdən hazırladığım partlayıcı qurğuları, güllələri və ov tüfəngini götürüb Dağbəyi Fərəcovun evinə getdim”.

Onun sözlərinə görə, cinayəti törətməyə ilk partlayıcı qurğudan başlayıb:

“Hər yer alışdıqdan sonra ov tüfəngi ilə evin qapısını vurdum. Partlayış səsinə Dağbəyi Fərəcovun qızı Süsanə çıxdı. Onu görən kimi sifətini nişan alıb atəş açdım. Ondan fışqıran qan mənə həzz verirdi. Çünki qisasımı almağa başladığımı hiss edirdim. Ancaq məqsədim Süsanənin övladlarının ağlayışlarını eşidib, bütün ailəni məhv etmək idi.

Süsanədən sonra çölə əri Sərxan Karakaş çıxdı. Onu da tüfənglə vurub yerə yıxdım. Ardınca Dağbəyi və həyat yoldaşı Tərlan çıxdı. Onları da vurduqdan sonra qisasımı alaraq oradan ayrıldım”.

Proses fevralın 19-da davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.

Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilib.

 

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər