Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər. Bu haqda 28 mart tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Aparılmış əməliyyat zamanı Corat qəsəbəsində yaşayan Xanım Həmzəyevanın evinə baxış keçirilib. Nəticədə oradan 1 kiloqram 71 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.