Corat bağlarında yerləşən evlərin birində tüfəng və patronlar tapılıb. Sumqayıt24 bu haqda bu gün, 10 mart tarixində Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, Bakı şəhər sakini R. Ağamalıyevə məxsus evə baxış zamanı oradan qundağı və lüləsi kəsilmiş “Toz-B” markalı tüfəng və 3 ədəd patron aşkar edilərək müsadirə olunub.