Sumqayıt sakinləri dələduzluqla üzləşiblər. Sumqayıt24 bu haqda 6 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
İki həmşəhərlimiz bir nəfərin onları aldadaraq hesabına 1000 və 900 manat pul ödətdirməsi ilə bağlı polisə müraciət edib. 4-cü Polis Bölməsi əməkdaşları dələduzluqda şübhəli Ş. Zülfüqarovu saxlayıblar.
Araşdırma aparılır.