Sumqayıt dəmir yolu stansiyası ərazisində cinayət olub. Sumqayıt24 bu haqda 22 fevral tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə fevralın 20-də baş verib. Bir nəfərin içərisində pulu və bank kartları olan çantası oğurlanıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları şübhəli şəxs qismində Mustafa Məmmədovu tutublar.
Araşdırma aparılır.