Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Sumqayıt24 bu haqda bu gün, 26 mart tarixində Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, keçirilən reyd nəticəsində şəhər sakini Ş.Qədimov saxlanılıb. Onun, evlərin birindən 550 manat pul götürdüyü müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.