Sumqayıtda evlərin birindən 40 min ABŞ dolları və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb. Hadisə 1 fevral tarixində baş verib. Sumqayıt24 bu haqda Daxili Işlər Nazirliyinin saytına istinadən xəbər verir.
Saxlama əməliyyatı 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib. Oğurluğu törətməkdə “Kotec” qəsəbə sakini Y. Meylamova şübhəli bilinir.
Bununla bağlı araşdırma aparılır.